Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının Qərbi Azərbaycan rayon İcmalarının gənclərlə iş üzrə məsul şəxsləri işə görüş keçirilmişdir
16 mart 2024, 13:25

2024-cü il mart ayının 16-da Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının Qərbi Azərbaycan rayon İcmalarının gənclərlə iş üzrə məsul şəxsləri işə görüş keçirilmişdir.

Görüşü Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Ramin Məmmədov açaraq İcmanın yaradılmasının məqsədləri, fəaliyyətinin istiqamətləri və prinsipləri barədə geniş məlumat verdi. 

İcmanın Gənclər Şurasının sədri bildirdi ki, Qərbi Azərbaycan İcması 1989-cu ildə yaradılmış Azərbaycan Qaçqınlar Cəmiyyətinin əsasında 2022-ci ilin avqust ayında yenidən təşkil olunmuş və Qərbi Azərbaycan İcması olaraq qeydiyyatdan keçmişdir. 

Gənclər Şurası icmanın strukturuna daxil olmaqla bir çox mühüm vəzifələrin icrasına, o cümlədən Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, yayılması, beynəlxalq hüquqi müstəvidə Qərbi Azərbaycandan zorla çıxarılmış əhalinin sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə  geri qayıdış hüquqlarının təmin edilməsi, bu ideya uğrunda öz potensialını ortaya qoymaq niyyətində olan gənclərin fəaliyyətlərinin koordinasiyasına yönəlmiş ardıcıl işlər görürür.

Görüşdə Gənclər Şurası tərəfindən Qərbi Azərbaycan rayon İcmalarının gənclərlə iş üzrə məsul şəxslərin namizədlikləri bir daha nəzərdən keçirildi. Namizəd gənclərin fikir və təklifləri dinlənildi və aşağıda adları qeyd olunan gənclər Qərbi Azərbaycan İcması Gənclər şurası tərəfindən rayon İcmaları üzrə məsul şəxslər olaraq təsdiqləndilər:

Keşişkənd rayon İcması - Anar İrzaquluyev
İrəvan şəhəri İcması - Lalə Cəfərova
Vedi rayon İcması - Abbas Pənahov
Basarkeçər rayon İcması - Aynur Rüstəmova
Vorontsofka rayon İcması - Sakit Valıyev
Qəmərli rayon İcması - Rəna Qəfərova
Hamamlı rayon İcması - Elnur Həbibov
Axta rayon İcması - Fəridə Qurbanova
Allahverdi rayon İcması - Dilqəm İsmayılov
Amasya rayon İcması - Elvin Babayev
Zəngibasar rayon İcması - Mahinur Qasımova
Qarakilsə rayon İcması - Fuad Heydərli
Barana rayon İcması - Hidayət Qaraca
Böyük Qarakilsə rayon İcması - Famil Fərhadoğlu
Çəmbərək rayon İcması - Sahib Ələsgərov
Qafan rayon İcması - Murad Həsənxanlı
Əştərək, Üçkilsə, Sərdərabad rayon İcması - Məhəmməd Ələşrəfov
Paşalı rayon İcması - İlkin Təhməzov
Meğri rayon İcması - Əvəz Bağırlı
Gorus rayon İcması - Etibar Həsənov

Sonda tədbir iştirakçılarına Qərbi Azərbaycan İcmasının Gənclər Şurası adından hədiyyələr təqdim olundu.