Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasında Göyçə mahalının Basarkeçər rayonunun kənd icma sədrləri və nümayəndələri ilə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək tədbir iştirakçılarına İcmanın fəaliyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Tədbirdə Basarkeçər rayonunun Hüseynquluağalı kəndindən Şirazi İbrahimov, Canəhməd kəndindən Anatoli Orucov, Babacan kəndindən Hacı Loğman, Sətənəxaç kəndindən Lütfiyar Nəsibov, Zərzibil kəndindən Zülfüqar Əhmədov, Qoşabulaq kəndindən Alay Quluyev, Böyük Qaraqoyunlu kəndindən Tahir Kərimov, Ağkilsə kəndindən “Dədə Ələsgər ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgər və b. çıxış ediblər.
Sətənəxaç kənd icmasının sədri Lütviyar Nəsibov müəllifi olduğu “Göyçə mahalı II Dünya savaşında” kitabını tədbir iştirakçılarına hədiyyə etdi.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Abduləli Həsənov, şöbə müdirləri Qalib Qasımov, Miraslan Bəkirli, İcmanın Göyçə mahalı üzrə koordinatoru İman Məmmədov iştirak ediblər.