Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasında "İrəvan şəhəri və onun ətrafında olan 9 min kv. km Azərbaycan ərazisinin ermənilərə verilməsi – tarixi həqiqətlər və müasir çağırışlar" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, QAİ-nin İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, QAİ-nin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini, “Beynəlxalq ümumi hüquq” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədov, QAİ-nin İH-nin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Milli təhlükəsizlik və hərbi elmlər kafedrasının professoru Aqil Şahmuradov çıxış edib, o cümlədən İdarə Heyətinin üzvləri, tanınmış tarixçi və hüquqşünas alimlər, professorlar iştirak edib.
Dəyirmi masada iştirak edən ziyalılar İrəvan şəhəri ilə bağlı tarixi həqiqətlər barədə çıxışlar edib, sözügedən mövzu ətrafında fikir mübadiləsi aparıblar.