Qərbi Azərbaycan İcması
Oktyabrın 19-da Qərbi Azərbaycan İcmasında İcmanın Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirilib.
Kitab ötən əsrdə Qərbi azərbaycanlıların deportasiyaları zamanı İrəvanda baş vermiş hadisələrdən və şəhərin tanınmış şəxsiyyətlərindən bəhs edir.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov təqdim olunan kitabın dəyərli mənbə olduğunu vurğulayıb.
İcmanın Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov kitabda İrəvan tarixi üçün önəmli məqamların işıqlandırıldığını diqqətə çatdırıb. O kitabın İrəvanın tarixi həqiqətlərini və şəxsiyyətlərini daha dərindən öyrənmək üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
QAİ-nin İdarə Heyətinin üzvü, AMEA Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, İcmanın Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, ADPU-nun kafedra müdiri Fərrux Rüstəmov, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, "Şöhrət” ordenli Əməkdar jurnalist, yazıçı və publisist, Prezidentin fərdi təqaüdçüsü Flora Xəlilzadə, İcmanın Qadınlar Şurasının sədr müavini, Teleradio Akademiyasının rektoru, AzTV Yayım Şurasının üzvü, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, İcmanın Ziyalılar Şurasının üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev, İqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Xatirə Hüseynova, İcmanın Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Əvəz Ələkbərov çıxışlarında qeyd ediblər ki, İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların toplanması və nəşr edilməsi gələcək nəsillərin məlumatlanması baxımından önəmlidir. Natiqlər eyni kitabın daha da təkmilləşdirilərək xarici dillərdə tərcümə olunmasının əhəmiyyətini vurğulayıblar.
Kitabın müəllifi Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, İrəvan şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva vurğulayıb ki, İrəvan şəhərində Azərbaycan xalqına qarşı genosid aktının həyata keçirilməsi və bu həqiqətlərlə yanaşı İrəvan şəxsiyyətlərinin tanıdılması baxımdan kitabın yayılması məqsədə uyğundur.