Qərbi Azərbaycan İcması
Leninqrad vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin (RNKAA LO) sədri Naib Paşayev və təmsil etdiyi nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə görüşüb.
Görüşdə Əziz Ələkbərli qonaqlara Qərbi Azərbaycan İcması barədə ətraflı məlumat verib, soydaşlarımızın geri qayıdışı istiqamətində aparılan işlərə toxunub.
Sədr bildirib ki, son 200 ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı Ermənistan tərəfindən deportasiya, soyqırımı siyasəti həyata keçirilib, toponimlər erməniləşdirilib.
Görüşdə Qərbi Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılmasının xüsusi önəmi qeyd olunub.
Sonra Qərbi Azərbaycan İcması ilə Leninqrad vilayəti Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin əməkdaşlığı və bu əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonda xatirə şəkilləri çəkilib.