Qərbi Azərbaycan İcması
27 aprel 2024-cü il tarixində Qərbi Azərbaycan İcmasında İcmanın İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının, Müşahidə Şurasının və Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın təşkilatlanması ilə bağlı məlumat verib və Qərbi Azərbaycan İcmasının ümumi işində sözügedən şuraların fəal rol oynadığını bildirərək onlara bundan sonrakı fəaliyyətlərində də uğurlar diləyib.
Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Gənclər Şurasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev tərəfindən tədbirdə iştirak edən şuraların üzvlərinə İcmanın İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının, Müşahidə Şurasının və Gənclər Şurasının üzvlük vəsiqələri və döş nişanları təqdim edilib.