Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının bəyanatı
10 avqust 2023, 19:50
Qərbi Azərbaycan İcması Fransanın bir sıra şəhər və regionlarından toplanmış “yardım”dan ibarət yükmaşınının Ermənistanın Azərbaycanla razılaşdırmadan “humanitar yük” adı altında Qarabağa göndərmək istədiyi avtomobil karvanına qoşulmasını pisləyir.
İslamofobiyanın və Azərbaycanofobiyanın tüğyan etdiyi və son vaxtlar Afrika qitəsində bir-birinin ardınca sarsıdıcı məğlubiyyətlərə uğrayan Fransa Cənubi Qafqaz regionunda gərginliyi artırmaq, onu geosiyasi rəqabət məkanına çevirmək istəyir.
Qərbi Azərbaycan İcması Fransa şəhərlərini və regionlarını bu kimi ucuz və gülünc əməllərdən, beynəlxalq hüquqa həqarət olan ikili standartlar siyasətindən çəkinməyə çağırır.