Qərbi Azərbaycan İcmasının bəyanatı
10 sentyabr 2023, 09:12

Qərbi Azərbaycan İcması Argentina Prezidentinin 2023-cü il 9 sentyabr tarixli qərəzli fikirlərini kəskin şəkildə pisləyir.

Hiss olunur ki, Argentina Prezidenti ya məsələnin mahiyyətindən xəbərsizdir, ya da erməni diasporasının və ya Luis Okampo, Xuan Mendez kimi son vaxtlar “parlamaqda” olan azərbaycanofob həmvətənlərinin təsiri altında dini təəssübkeşlikdən çıxış edir.

Qərbi Azərbaycan İcması Argentinanı beynəlxalq hüquqa hörmət etməyə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə ikili standartlar prizmasından yanaşmamağa çağırır. Hesab edirik ki, Argentina Prezidenti başqa ölkənin daxili işlərinə kobud müdaxilə etməkdənsə, diqqətini öz ölkəsinin ağır sosial-iqtisadi problemlərinin həllinə yönəltməlidir.