Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının bəyanatı
21 sentyabr 2023, 10:54
Qərbi Azərbaycan İcması Polşa Xarici İşlər Nazirliyinin açıqlaması ilə bağlı rəsmi Varşavanı ölkələrin ərazi bütövlüyünə və suverenliyinə dini təəssübkeşlik prizmasından baxmamağa çağırır. Polşanın dəyərlərə və beynəlxalq hüquqa belə selektiv yanaşması qəbuledilməzdir.
Polşadan ayrı-seçkiliyə son verməyi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyi tələb edirik.