Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının bəyanatı
06 dekabr 2023, 11:34
Tomas de Vaal adlı “ekspert” son vaxtlar Azərbaycan əleyhinə hədyanlar danışır. Azərbaycanın işğala, separatizmə, “boz zona”ya son qoyması, öz suverenliyinivə ərazi bütövlüyünü bərpa etməsi T. de Vaal kimilərini məyus edib. Məlum olub ki, o, səlibçi mentaliteti ilə yaşayırmış və Azərbaycan torpaqlarının işğal altında qalması onun üçün tamamilə məqbul imiş.
T.de Vaal başa düşməlidir ki, Qarabağ münaqişəsi artıq həll olunub və onun kimi başabəla ekspertlərin bu sahədəməşğul olacağı bir iş yoxdur. Heç kimə T.de Vaalın “dahiyanə” fikirləri, ideyaları lazım deyil. T.de Vaal ATƏT-in Minsk Qrupu kimi artıq keçmişdir.