Qərbi Azərbaycan İcması
17 fevral 2024-cü il tarixində Qərbi Azərbaycan İcmasında təşkilatın Mərkəzi Orqanlarının rəhbərlərinin iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident İlham Əliyevin 7 fevral 2024-cü ildə prezident seçkilərində Azərbaycan xalqının böyük etimadını qazanaraq qalib gəlməsini və andiçmə mərasimində söylədiyi fikirləri xüsusi vurğulayıb və onları ölkəmizin gələcək inkişafı naminə vacib addımlar olacağını qeyd edibdir.
Əziz Ələkbərli İcmanın 2024-cü ildə də soydaşlarımızın öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışı istiqamətində apardığı yorulmaz fəaliyyəti davam etdirəcəyini, bu məqsədlə ölkə daxilində və xaricində bir sıra tədbirlərin planlaşdırıldığını qeyd edib.
İcmanın İdarə Heyətinin sədri ardınca Qərbi Azərbaycan İcmasının İdarə Heyəti və aparatının 2024-cü ilin cari dövrü ərzində gördüyü işlər barəsində məlumat verib və 2024-cü ilin növbəti aylarında görüləcək işlərin plan layihəsi ilə bağlı fikirlərini açıqlayıb.
Daha sonra Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Əhliman Əmiraslanov, Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması İdarə heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən, Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov, Ziyalılar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Nizami Cəfərov, Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Ramin Məmmədov, Qəyyumlar Şurasının sədri Mürvət Həsənov, Nəzarət – Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Şahin İsmayılov, Qadınlar Şurası sədrinin müavini, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Qadınlar Şurası sədrinin müavini, filologiya üzrə elmlər doktoru Almaz Binnətova və digər şəxslər çıxış edərək Tədbirlər Planında əks olunanlarla bağlı təkliflərini səsləndirib, cari məsələlər ətrafında müzakirələr aparıblar.