Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətinin məlumatı
08 aprel 2026, 18:43

Qərbi Azərbaycan İcması Aparatında kadr dəyişikliyi baş verib.

Belə ki, Aparat rəhbəri Qalib Qasımov başqa iş təklifini qəbul etdiyi üçün öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Qalib Qasımov bundan sonra da Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının və Basarkeçər İcmasının üzvü kimi ictimai fəaliyyətini davam etdirəcək.

Qərbi Azərbaycan İcması adından Qalib Qasımova gələcək fəaliyyətində uğurlar arzu edirik.