Qərbi Azərbaycan İcmasının nümayəndələri 27 sentyabr - Anım günü ilə bağlı Zəfər parkında olub, şəhidlərimizin əziz xatirəsini yad edib
27 sentyabr 2024, 17:15

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri 27 sentyabr - Anım günü ilə bağlı Zəfər parkına gəliblər. İcma nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri qoyub, Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.