Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kamal Cəfərov 13-15 dekabr 2023-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində keçirilən Qlobal Qaçqınlar Forumunda İcmanı təmsil edir.
Tədbir zamanı interaktiv müzakirələrə öz töhfəsini verən İcma nümayəndəsi, Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoyması nəticəsində yaranmış humanitar problemin miqyası, azərbaycanlı qaçqınların öz evlərinə qayıtma tələbləri və Qərbi Azərbaycan İcmasının bu sahədə gördüyü işlər barədə Forum iştirakçılarına məlumat vermişdir.
Qeyd edək ki, BMT-nin Qaçqınlar üzə Ali Komissarlığının himayəsi altında dörd ildən bir keçirilən Qlobal Qaçqınlar Forumu beynəlxalq aləmdə qaçqınlar problemi və onun həlli yolları istiqamətində müzakirələr üçün əsas formatlardan biridir.