Qərbi Azərbaycan İcmasının rəhbərliyi ilə XVII Yay Paralimpiya Oyunlarında çıxış etmiş paraatletlə görüş keçirilib
10 oktyabr 2024, 20:12

Qərbi Azərbaycan İcmasının rəhbərliyi ilə XVII Yay Paralimpiya Oyunlarında T13 kateqoriyasında (görmə pozğunluğu) çıxış etmiş əslən Barana rayonundan olan paraatlet Lamiyə Vəliyevanın görüşü keçirilib.Qərbi Azərbaycan İcmasının rəhbərliyi ilə XVII Yay Paralimpiya Oyunlarında T13 kateqoriyasında (görmə pozğunluğu) çıxış etmiş paraatletlə görüş keçirilib 

Paralimpiya Oyunlarında Azərbaycan Respublikasını uğurla təmsil etmiş və birincilik qazanmış L.Vəliyevanı təbrik edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ona növbəti yarışlarda da parlaq qələbələr arzulayıb.

İcmanın Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov paralimpiya çempionunu təbrik edib, uğurlar arzuladı həmçinin digər qadın atletlərimizində bu uğurdan ruhlanaraq gələcəkdə də yeni yeni nailiyyətlərin əldə edilməsinin vacibliyini vurğuladı.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çempion xanıma uğurlar arzuladı və bu nailiyyətlərinin davamının gəlməsini bildirdi.

Sonra L.Vəliyevaya Qərbi Azərbaycan İcmasının Fəxri Fərmanı, üzvlük vəsiqəsi və döş nişanı təqdim olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.