Qərbi Azərbaycan İcması
Ziyarətdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, İdarə Heyəti sədrinin müavini, millət vəkili Hikmət Babaoğlu, İdarə Heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov, İcmanın İdarə Heyətinin üzvü, Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni, İdarə Heyətinin üzvü, Barana rayon icmasının sədri Osman Hacıyev, İcmanın Nizami rayon nümayəndəliyinin sədri Xəqani Səfərov, Binəqədi rayon nümayəndəliyinin sədri Həsən Bayramov, eləcə də İcmanın digər nümayəndələri iştirak ediblər.
Ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.