Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycan Televiziyasının müxbiri ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqa mətbuat konfransı vaxtı sual vermişdir. Müxbir Ermənistan ərazisindən 1987-91-ci illərdəki son deportasiya dalğasında 300 mindən çox azərbaycanlının qovulması, onların Qərbi Azərbaycan İcmasında təşkilatlanaraq, beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq üçün çalışması barədə məlumat verərək, təəssüf ki, Ermənistanın Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına məhəl qoymadığını qeyd etmiş və ATƏT-in Malta sədrliyinin Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı üçün nələr etdiyi barədə sual vermişdir.
Müxbir həmçinin Qərbi Azərbaycan İcmasının məktubunu ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim etmişdir.
ATƏT-in sədri cavabında ümumi şəkildə Azərbaycan və Ermənistana sülh arzuladığını bildirmişdir.