“Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri də mükafatlandırılıblar
21 iyun 2024, 18:37

İyunun 21-də Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri də mükafatlandırılıblar.

Olimpiadanın final mərhələsində iştirak edən 36 nəfərdən 19-u qalib olub. Onlardan 3 nəfər I, 6 nəfər II, 10 nəfər isə III yerə layiq görülüb.

Qaliblərə diplom və hədiyyələri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Türkiyənin İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma və digərləri təqdim ediblər.

Qeyd edək ki, IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.

I yer

Aytac Baxşalıyeva Şahin qızı, Cəbrayıl rayon Tatar kənd tam orta məktəbi

Ramal Məmmədov Zamiq qızı, Bakı Dünya Məktəbi

Kənan Vəliyev Rizvan oğlu, Cəlilabad rayon Əli Kərimov adına Gülməmmədli kənd tam orta məktəb

II yer

Ruslan Ağayev Ceyfun oğlu, İmişli rayon N.Nərimanov adına 1 nömrəli tam orta məktəb

Zəhra Əkbərova Murad qızı, Sabirabad rayon Əlicanlı kənd N.İsmayılov adına tam orta məktəb

Nəzrin Əlizadə Rauf qızı, Bakı şəhəri  F.Gözəlov adına 124 nömrəli tam orta məktəb

Nicat Ağayev Asim oğlu, Laçın rayon 10 saylı tam orta məktəb

Hilal İbrahimova Natiq qızı, Göyçay rayonu Ləkçiplaq kənd 1 nömrəli tam orta məktəb

Nuray Həsənova Mahir qızı, Göyçay rayonu Mübariz Məmmədov adına Potu kənd tam orta məktəb

III yer

Turan Qasımlı Qalib oğlu, Bakı şəhəri 7 nömrəli tam orta məktəb

Tərlan Əhədzadə Rasif oğlu, Bakı şəhəri Xətai rayonu 264 nömrəli tam orta məktəb

Serkan Mustafayev İlqar oğlu, Beyləqan şəhər F.Hacıyev adına 2 nömrəli tam orta məktəb

Vüsal Abdullayev Sahib oğlu, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəb

Sadiq Rüstəmov İlqar oğlu, Bakı şəhəri Binəqədi rayonu E.Sultanov adına 217 nömrəli tam orta məktəb

Aytac Məmmədova Elnur qızı, Xırdalan şəhər M.Adıgözəlov adına 4 nömrəli tam orta məktəb

Aydan Cəfərova Murad qızı, Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəb

Turac Əlizadə Ələkbər qızı, Bakı şəhəri Binəqədi rayonu E.Sultanov adına 217 nömrəli tam orta məktəb

Sevda Abdullayeva Əli qızı, Naxçıvan Qarnizon tam orta məktəb

Nüşabə Zeynalova Sunay qızı, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəb