Qərbi Azərbaycanın Amasiya rayon icması tərəfindən təşkil olunan kəndlərarası mini futbol çempionatı davam edir
23 sentyabr 2025, 15:04

21 sentyabr tarixində keçirilən oyunlar çempionata xüsusi rəng qatıb. Gün ərzində kənd komandaları arasında həm gərgin, həm də bol qollu qarşılaşmalar izlənilib. Günün ən məhsuldar oyunu isə “Qaraçanta” və “Quzukənd” komandaları arasında baş tutub. Görüş 4:7 hesabı ilə “Quzukənd”in xeyrinə yekunlaşıb.

Digər görüşlərin nəticələri isə belə olub:

“Daşkörpü” – “Mağaracıq” 5:2

“İlanlı” – “Güllücə” 3:2

“Ellərkənd” – “Düzkənd” 7:3

Qeyd edək ki, Amasiya rayon mini futbol çempionatının növbəti oyunlarının vaxt cədvəli də müəyyənləşib.