Qərbi Azərbaycan İcması
Qərbi Azərbaycanın Basarkeçər rayon Daşkənd İcmasının nümayəndələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı bir araya gəliblər
10 may 2024, 19:59
Qərbi Azərbaycanın Basarkeçər rayon Daşkənd İcmasının nümayəndələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı bir araya gəliblər. Tədbirdə çıxış edən Daşkəndlilər öz doğma torpaqlarına qayıdış uğrunda Qərbi Azərbaycan İcması ətrafında sıx birləşdiklərini, bu günü səbirsizliklə gözlədiklərini bildiriblər. İcma üzvləri bildiriblər ki, ata-baba yurdlarına geri dönərək burda yenidən yaşamaq, irsimizi yaşatmaq 35 ildən çoxdur ki, onların ən böyük niyyətləridir. Tədbirdə İcma rəhbərliyi tərəfindən Daşkənd İcmasının nümayəndələrinə üzvlük vəsiqələri də təqdim olunub.