Qərbi Azərbaycan İcması
“Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kənd orta məktəbi – 100” adlı kitab işıq üzü görüb. Nəşrdə kəndin tarixi keçmişi, iqtisadi və təsərrüfat həyatı, əhalinin məşğuliyyəti, adət-ənənələri haqqında məlumat verilir. Kitabda həmçinin Cil kənd orta məktəbinin kənddə mədəni-mənəvi və təhsil mühitinin, ziyalı nəslinin formalaşmasındakı rolu geniş şəkildə təqdim olunur. Məktəbin direktorları, müəllimləri və məzunları haqqında qısa oçerklər də kitabın diqqətəlayiq hissəsini təşkil edir.
Əsərin müəllifi Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovdur.
Kitabın təqdimatı 26 sentyabr saat 16:00-da Qərbi Azərbaycan İcmasının inzibati binasında keçiriləcək.