Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Prof.Dr.Hüseyin Işıksal ilə görüş olub
05 dekabr 2024, 17:58

5-6 dekabr 2024-cü ildə Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Prof.Dr.Hüseyin Işıksal arasında görüş keçirilib.

İcma sədri ardınca Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi ilə bir araya gəlib. Sədr hər iki qonağa Qərbi Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verib, konfransda müzakirə olunan məsələlərə toxunub.