Qərbi Azərbaycan İcması
27 dekabr 2024-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə naziri vəzifəsində çalışmış, 1874-cü ildə İrəvan şəhərində anadan olmuş Teymur Bəy Makinskinin 150 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Ədliyyə nazirinin müavini Mübariz Əhmədov və Nazirliyin digər əməkdaşları, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Ədliyyə Akademiyasının rəhbər heyəti və kollektivi, Bakı Dövlət Universitetinin hüquq və tarix kafedralarının, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müəllim-professor heyəti, hakim və vəkillər iştirak edib.
İcma sədri əslən İrəvanlı olan Makinskinin vətən sevdasından, göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.