
Qərbi Azərbaycan İcması
Bu günlərdə Türk dünyası iş qadınlar federasiyasının bir qrup tanınmış iş və elm adamı – federasiyanın sədri Betul Gülbaharın rəhbərliyi ilə Qərbi Azərbaycan İcmasını ziyarət edərək İcma rəhbərliyi ilə görüş keçiriblər. Nümayəndə heyətinin tərkibinə daxil olan iş və elm adamları həm də həyata keçirdikləri sosial və humanitar layihələrlə tanınmış ictimai xadimdirlər.
Qardaş Türkiyədən İcmaya gələn qonaqlar Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ilə görüşmüş, qonaqlara son iki yüz ildə Azərbaycan xalqına qarşı törədilən etnik təmizləmə və soyqırım haqqında geniş məlumat verilib. Qonaqlara XX əsrdə Qərbi Azərbaycanda Azərbaycan xalqına qarşı törədilmiş deportasiya və soyqırımlardan bəhs edilib.
Soydaşlarımızın Qayıdış hüququnun onların təməl hüququ olduğunu vurğulayan millət vəkili Əziz Ələkbərli İcmanın yaranma səbəbi, məqsədləri, 1987-1991-ci illər sonuncu deportasiya, eləcə də Qərbi Azərbaycana Qayıdış Konsepsiyası haqda ətraflı məlumat verib.
İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli hörmətli qonaqlara Qərbi Azərbaycana Qayıdış Konsepsiyanın əsas prinsipini sülh və barış yolu ilə, ləyaqətli şəkildə, beynəlxalq hüquq çərçivəsində qayıdış təşkil etdiyini xüsusi qeyd edib.
Görüşdə iştirak edən Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı Qərbi Azərbaycanlıların tarixən Azərbaycan türklərinin torpaqları olmuş və əsirlərlə yaşadıqları doğma yurd-yuvalarına qayıdış yolunda mübarizədə qadınların böyük rolunun olduğunu qeyd edib. O, bu gün dünyada əhalinin ən həssas qrupu olan qadınların səsinin dünyada daha yaxşı eşidildiyini vurğulayaraq, erməni zülmü nəticəsində tarixi torpaqlarından qovulmuş yüz minlərlə Azərbaycan qadınının itirilmiş hüquqlarının bərpasında dünya qadınlar birliyinin də məsuliyyətinin olduğunu bildirib.
Görüşdə iştirak edən qonaqların Beyaz TV-nin jurnalistləri Serpil Kök, Nermin Öztürk, sosioloq, Türk dünyası iş qadınları federasiyasının sədri Betül Gülbahar, Kültür ve iş dünyası liderləri dərnəyinin rəhbəri Banu Noyan, Türkiyə Gənc İş İnsanları dərnəyinin (TÜGİAD) rəhbəri Nilüfer Çelikel, iş xanımı Dilbər Coşqunsoy, Koç Universitetindən professor Baran Balcan, Türkiyə və Azərbaycan İş Adamları ve Sanayiciler İctimai Birliyinini rəhbəri Hüseyin Büyükfırat və b. iştirak ediblər.