Gülüstan müqaviləsi (1813-cü il 12 oktyabr)

Gülüstan müqaviləsi

Qadir Allah Naminә

İMPERATOR ӘLAHӘZRӘTLӘRİ, Bütün Rusiyanın Әn Şöhrәtli vә ӘZӘMӘTLİ BÖYÜK HÖKMDARI vә İMPERATORU vә İran Dövlәtinin Sahibi, hökmdarı ӘLAHӘZRӘTLӘRİ Padşahın ÖZ tәbәәlәrinә yüksәk hökmdar mәhәbbәtinә görә, ONLARIN ürәklәrinә zidd olan müharibәnin fәlakәtlәrinә son qoymağı vә qәdimdәn Bütün Rusiya İMPERİYASI vә İran Dövlәti arasında mövcud olmuş sәbatlı sülh vә xeyirxah qonşu dostluğunu möhkәm әsas üzәrindә bәrpa etmәyi sәmimi qәlbdәn, qarşılıqlı surәtdә arzulayaraq bu әdalәti vә nicatverici iş üçün aşağıdakıları öz sәlahiyyәtli Müvәkkillәri tәyin etmәyi faydalı bilmişlәr:

ӘLAHӘZRӘT Bütün Rusiya İmperatoru - ÖZ General-leytenantı, Gürcüstandakı vә Qafqaz xәttindәki qoşunların Baş komandanı, Hәştәrxan vә Qafqaz quberniyalarında, Gürcüstanda Mülki hissә, hәmçinin bu ölkәnin bütün sәrhәd işlәri üzrә Baş Müdiri, Xәzәr hәrbi Donanmasının Komandanı, Müqәddәs Aleksandr Nevski, birinci Müqәddәs Anna, dördüncü dәrәcәli Müqәddәs Әzabkeş vә Qalibiyyәtli Georgi ordenlәri, habelә üzәrindә igidliyә görә yazısı olan qızıl qılıncla tәltif edilmiş zatialilәri Nikolay Rtişşevi, Әlahәzrәt İran şahı isә - özünün, Türkiyә vә İngiltәrә Saraylarında fövqaladә elçisi olmuş, İran Rәislәri arasında seçilmiş, öz padşahından brilyantlarla bәzәdilmiş xәncәr vә qılıncdan, şal paltardan vә brilyantlarla zinnәtlәndirilmiş at bәzәklәri dәstindәn ibarәt fәrqlәndirici lütf görmüş, öz Padşahının әn yaxın Mәmuru, Ali İran Sarayının Gizli İşlәr Müşaviri, Vәzir nәslinә mәnsub olan, İran Sarayında ikinci dәrәcәli Xan, Yüksәkrütbәli vә Çoxhörmәtli Mirzә Hәsәn Xanı: bu sәbәbdәn dә BİZ, yuxarıda adları çәkilmiş sәlahiyyәtli Müvәkkillәr Qarabağ mülkündә, Zeyvә çayı yaxınlığındakı Gülüstan kәndindә toplaşaraq, vәkalәtnamәlәrimizi bir-birimizә tәqdim etdikdәn sonra, hәr birimizә öz tәrәfindәn bizim BÖYÜK HÖKMDARLARIMIZ adından bәrqәrar edәcәyimiz sülh vә dostluğa aid olan hәr bir şeyi nәzәrdәn keçirib, bizә verilmiş hakimiyyәt vә Ali sәlahiyyәtlәrә görә aşağıdakı maddәlәri qәrara aldıq vә әbәdiyyәt üçün tәsdiq etdik.

BİRİNCİ MADDӘ

İndiyәdәk Rusiya İmperiyası vә İran Dövlәti arasında mövcud olmuş düşmәnçilik vә narazılığa hәmin Müqavilә ilә bu gündәn etibarәn vә gәlәcәkdә son qoyulur vә qoy İMPERATOR ӘLAHӘZRӘTLӘRİ Bütün Rusiya hökmdarı ilә Әlahәzrәt İran şahı, onların vәliәhdlәri, Taxtlarının Varislәri vә ONLARIN, qarşılıqlı surәtdә, Ali Dövlәtlәri arasında әbәdi sülh, dostluq vә xeyirxah razılıq olsun.

İKİNCİ MADDӘ

Bir halda ki, hәr iki Ali Dövlәt arasında ilkin әlaqәlәr vasitәsilә (……………) yәni hәr bir tәrәfin hazırda tam malik olduğu torpaqlara, xanlıqlara, mülklәrә sahib qalması әsasında sülhün bәrqәrar edilmәsi artıq qarşılıqlı surәtdә razılaşdırılmışdır, onda indiki zamandan etibarәn vә gәlәcәkdә Bütün Rusiya İmperiyası vә İran Dövlәti arasında sәrhәd aşağıdakı xәtt olsun: Adınabazar adlanan yerdәn başlayaraq, düz xәtlә Muğan düzü, Araz çayındakı Yeddibulaq keçidinәdәk, oradan da üzü yuxarı Kәpәnәk çayının Arazla qovuşduğu yerә, sonra da Kәpәnәk çayının sağ tәrәfi ilә Mehri dağları silsilәsinә vә oradan da xәtti Qarabağ vә Naxçıvan xanlıqlarının mәrzlәri ilә davam etdirәrәrәk, Alagöz dağları silsilәsi ilә Qarabağ, Naxçıvan, İrәvan xanlıqlarının vә Yelizavetpol dairәsinin (keçmiş Gәncә xanlığının) bir hissәsinin mәrzlәri birlәşәn Dәrәlәyәz mәrzinәdәk, buradan İrәvan xanlığını Yelizavetpol dairәsindәn, hәmçinin Qazax vә Şәmşәddin torpaqlarından ayıran mәrzlә Eşşәkmeydan mәrzinә, oradan da dağlar silsilәsi ilә, çayın sağ tәrәfi ilә, onun axarı istiqamәtindә, hәmzәçimәn yolu ilә, Pәmbәk dağları silsilәsi ilә Şuragöl mәrzi ilә, dağlar silsilәsi ilә, Mastaras vә Artikin arası ilә Arpaçayadәk. Bununla belә, Talış mülkü müharibә vaxtı әldәn-әlә keçdiyinә görә, hәmin Xanlığın Zinzeley vә Әrdәbil tәrәfdәn olan sәrhәdlәri, daha artıq dürüstlük üçün, hәr iki tәrәfdәn qarşılıqlı razılıqla seçilmiş Komissarlar (onlar Baş komandanlarının rәhbәrliyi ilә indiyәdәk hәr bir tәrәfin hәqiqi hakimiyyәti altında olmuş torpaqların, kәndlәrin, dәrәlәrin, hәmçinqin çayların, dağların, göllәrin, tәbii mәrzlәrin dәqiq vә tәfsilatlı tәsvirini verәcәklәr) tәrәfindәn, bu Müqavilә bağlanıb tәsdiq olunduqdan sonra müәyyәn edilәcәk, onda (…………. ) әsasında Talış xanlığının sәrhәd xәtti elә müәyyәnlәşdirilәcәk ki, hәr bir tәrәf malik olduğu torpaqların sahibi qalsın. Elәcә dә, yuxarıda xatırlanmış sәrhәdlәrdә, bu vә ya başqa tәrәfin xәttindәn kәnara nә isә çıxarsa, hәr iki Ali Dövlәtin Komissarlarının tәhlilindәn sonra hәr bir tәrәf ( …………. . ) әsasında tәminat verәcәk.

ÜÇÜNCÜ MADDӘ

Şah Әlahәzrәtlәri ӘLAHӘZRӘT bütün Rusiya İMPERATORUNA sәmimi dostluq hislәrinin sübutu üçün tәntәnәli surәtdә hәm öz adından, hәm dә İran Taxtının Ali Vәliәhdlәri adından Qarabağ vә indi Yelizavetpol adı altında әyalәtә çevrilmiş Gәncә xanlıqları, hәmçinin Şәki, Şirvan, Dәrbәnd, Quba, Bakı vә Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyәti altında olan torpaqları) xanlıqlarının, bununla bәrabәr Dağıstan, Gürcüstan (Şuragölә әyalәti ilә birlikdә) İmperiya, Quriya, Minqreliya vә Abxaziya, eyni dәrәcәdә, hazırda bәrqәrar edilmiş sәrhәd Qafqaz xәtti (bu sonuncuya vә Xәzәr dәnizinә aid olan torpaqlar vә xalqlarla birlikdә) arasındakı bütün mülk vә torpaqların Rusiya İmperiyasının mülkiyyәtinә mәnsub olduğunu qәbul edir.

DÖRDÜNCÜ MADDӘ

ӘLAHӘZRӘT Bütün Rusiya İMPERATORU ӘLAHӘZRӘT İran Şahına ÖZ qarşılıqlı dostluq hisslәrini ifadә etmәk vә İranda - ONA qonşu olan bu Dövlәtdә, möhkәm әsas üzәrindә mütlәqiyyәt vә hökmran hakimiyyәt görmәk arzusunu sәmimi qәlbdәn tәsdiq etmәk üçün, bununla, ÖZ adından vә ÖZ Vәliәhdlәri adından İran Şahı tәrәfindәn İran Dövlәtinin Varisi tәyin edilәcәk Vәliәhdә, lazım gәldikdә, kömәk göstәrmәyi vәd edir ki, heç bir xarici düşmәn İran Dövlәtinin işinә qarışa bilmәsin vә Ali Rusiya Sarayının kömәyi ilә İran Sarayı möhkәmlәnsin. Bununla belә, әgәr İran Dövlәti işlәri üzrә Şah oğulları arasında münaqişәlәr baş verәrsә, Rusiya İmperiyası hakimiyyәtdә olan Şah xahiş etmәyincә bunlara qarışmayacaq.

BEŞİNCİ MADDӘ

Rus ticarәt gәmilәrinә әvvәlki qayda üzrә Xәzәr sahillәri yaxınlığında üzmәk vә onları yan almaq hüququ verilir; hәm dә gәmi qәzası zamanı iranlılar tәrәfindәn dostluq kömәyi edil­mәlidir. İran ticarәt gәmilәrinә dә hәmin bu hüquq - әvvәlki qayda üzrә Xәzәr dәnizindә üzmәk vә Rusiya sahillәrinә yan almaq ixtiyarı verilir, burada da gәmi qәzası zamanı, qarşılıqlı surәtdә, iranlılara hәr cür yardım göstәrilmәlidir. Hәrbi gәmilәrә gәldikdә isә, müharibәdәn әvvәl, habelә sülh vaxtı vә hәmişә Rusiya hәrbi bayrağı Xәzәr dәnizindә tәk mövcud olmuşdur. Hәmin ehtiram daxilindә, әvvәlki ixtiyar indi dә yalnız Rusiya Dövlәtinә verilir ki, ondan başqa heç bir Dövlәtin hәrbi Bayrağı Xәzәr dәnizindә ola bilmәz.

ALTINCI MADDӘ

Hәr iki tәrәfdәn döyüşdә әsir alınmışları, Xristian dininә vә s. dinlәrә mәnsub әlә keçirilmiş sakinlәri Müqavilә bağlanıb imzalandıqdan sonra, üç ay әrzindә, hәr bir tәrәfdәn Qarakilsәyәdәk (burada sәrhәd rәislәri әsirlәri qәbul etmәk üçün öz aralarında qarşılıqlı әlaqә yaradırlar) azuqә vә yol xәrclәri ilә tәmin edilәrәk, buraxılsınlar. Özbaşına, yaxud qanunu pozaraq, qaçanlardan hәr birinә, milliyәtindәn asılı olmayaraq, öz könüllü istәyinә görә öz Vәtәninә qayıtmaq azadlığı verilir, qayıtmaq istәmәyәnlәr isә mәcbur edilmәsin. Bununla bәrabәr hәr iki tәrәfdәn qaçmışlara amnistiya, yaxud bağışlanma verilir.

YEDDİNCİ MADDӘ

Bütün yuxarıda deyilәnlәrә әlavә olaraq ӘLAHӘZRӘT Bütün Rusiya İMPERATORU vә Әlahәzrәt İran Şahı buyururlar ki, lazım olduqda, Әlahәzrәtlәrin İqamәtgahlarına göndәrilәn, ONLARIN Ali Saraylarının qarşılıqlı Nazirlәr vә ya Elçilәri rütbәlәrinә vә onlara tapşırılmış işlәrin mühümlüyünә müvafiq qәbul olunsunlar; şәhәrlәrdә ticarәtә himayәçilik üçün tәyin olunmuş Müvәkkillәrin vә ya Konsulların on nәfәrdәn artıq mәiyyәti olmasın, onlar vәkil edilmiş mәmurlar kimi vәzifәlәrinә layiq hörmәt vә şәrәfә malik olmalıdırlar, hәmçinin, Әmrnamәyә әsasәn, bundan sonra onları nәinki incitmәk olmaz, hәtta inciklik olarsa, tәqdim edildikdәn sonra, hәr iki tәrәfin tәbәәlәrini әdalәtlә mühakimә etmәk, incidilmişlәri mürbәtlә razı salmaq gәrәkdir.

SӘKKİZİNCİ MADDӘ

Әlahәzrәtlәrin, öz hökümәtlәrindәn, yaxud hökümәtlәri tәrәfindәn tәyin edilmiş sәrhәd rәislәrindәn alınmış, onların hәqiqәtәn tacirlәr, Rusiya vә ya İran tәbәәlәri olduğunu tәsdiq edәn yazılı sәnәdlәrә malik tәbәәlәri arasındakı ticarәt әlaqәlәrinә gәldikdә, saziş bağlayan hәr iki Ali Dövlәtә quru yolla vә dәnizlә sәrbәst gәlmәyә, orada kim nә qәdәr istәyirsә yaşamağa, tacirlәr göndәrmәyә, hәmçinin heç cür lәngidilmәdәn oradan çıxıb getmәyә, Rusiya İmperiyasına mәnsub olan yerlәrdәn İran Dövlәtinә gәtirilәn vә qarşılıqlı olaraq, İrandan ora aparılan malların satılmasına vә başqa mallarla dәyişdirilmәsinә icazә verilәcәk. Hәr iki Ali Dövlәtin tacirlәri arasında baş verә bilәcәk mübahisәlәrә, onların vәzifәlәri vә s. ilә әlaqәdar şikayәtlәrinә adi qayda üzrә baxılması Konsula, yaxud Müvәkkilә, onlar olmadıqda isә yerli Rәisә hәvalә edilir. Onlar xahişlәrә tam әdalәtlә baxmalı, özlәri haqq tәminatı vermәli, yaxud bunu başqa lazımi şәxslәrin vasitәsilә tәlәb etmәli vә onların incidilmәsinә vә sıxışdırılmasına qәtiyyәn yol vermәmәlidirlәr. İrana gәlmiş, Rusiya tәbәәliyindәn olan tacirlәr, istәsәlәr, oradan öz malları ilә birlikdә İranla dostluq edәn başqa dövlәtlәrәdә sәrbәst gedәcәklәr; bundan ötrü İran Hökümәti bu tacirlәrin sәrbәst keçmәsi üçün onları lazımi pasportlarla tәmin edәcәkdir; buna ticarәt işlәri ilә әlaqәdar Rusiyadan Rusiya ilә dostluq edәn başqa dövlәtlәrә getmәk istәyәn İran tacirlәri üçün dә qarşılıqlı surәtdә, riayәt edilәcәkdir. İrana gәlmiş Rusiya tәbәlәrindәn kimlәrinsә ölüm hadisәsi baş verәrsә, onların müxәllәfatları, hәmçinin başqa daşla vәmülklәri, dost Dövlәtin tәbәәlәrinә mәxsus olduğu üçün, ilk növbәdә, saxlanılmadan vә xәlvәti mәnimsәnilmәdәn, Rusiya İmperiyasında vә bütün mәdәni Dövlәtlәrdә icra edildiyi kimi, kimin hansı Dövlәtә, mәnsubiyyәtindәn asılı olmayaraq, qanuni әsasdan, qәbzlә, onların yoldaşlarına yaxud qohumlarına verilmәli, hәmin qohumlara öz arzuları ilә vә öz xeyirlәri üçün bu әmlakları istәdiklәri adamlara satmağa icazә verilmәlidir.

DOQQUZUNCU MADDӘ

Rus tacirlәrindәn İran şәhәrlәrinә vә ya limanlarına gәtirdiklәri mallara görә yüzә beş faizdәn çox gömrük alınmasın vә hәmin tacirlәr bu mallar ilә hara gedirlәrsә getsinlәr, onlardan ikinci dәfә gömrük tәlәb olunmasın, oradan apardıqları İran mallarına görә dә eyni gömrük alınsın, bundan başqa heç bir bәhanә vә uydurma ilә heç bir rüsum, vergi, gömrük tәlәb edilmәsin. İran tәbәәlәrinin Rusiya şәhәrlәrinә vә limanlarına gәtirdiklәri vә buradan ixrac etdiklәri mallara görә vә qarşılıqlı surәtdә eyni gömrüklәr, eyni әsasda bir dәfә alınsın.

ONUNCU MADDӘ

Malları Müqavilә bağlamış hәr iki Dövlәtin sahillәrinә vә ya limanlarına, yaxud da quru yolla sәrhәd şәhәrlәrinә gәtirdikdәn sonra, qarşılıqlı surәtdә, tacirlәrә, nәzarәti altında olduqları gömrük hakimlәrindәn vә ya iltizamçılardan icazә almadan öz mallarını satmaq, başqa malları satın, yaxud dәyişmә yolları ilә almaq azadlığı verilir ki, ticarәt maneәsiz dövriyyәdә olsun hәmçinin satıcıdan vә alıcıdan dövlәt xәzinәsi üçün müntәzәm olaraq vә könüllülük şәrti ilә qanuni rüsumlar yığılsın.

ON BİRİNCİ MADDӘ

Bu müqavilә imzalandıqdan sonra hәr iki Ali Dövlәtin müvәkkillәri, qarşılıqlı surәtdә vә tәxirә salınmadan bütün yerlәrә onun haqqında lazımı xәbәr vә hәr yerdә hәrbi әmәliyyatların dәrhal dayandırılması barәsindә әmrlәr göndәrsinlәr. İki bәrabәrhüquqlu nüsxәdә (fars dilinә tәrcümәsi ilә birlikdә) yazılmış vә saziş bağlayan Ali tәrәflәrin yuxarıda göstәrilmiş Müvәkkillәri tәrәfindәn imzalanaraq, onların möhürlәri ilә tәsdiq edilmiş vә qarşılıqlı surәtdә dәyişdirilmiş bu әbәdi sülh Müqavilәsi ӘLAHӘZRӘT Bütün Rusiya İMPERATORU vә Әlahәzrәt İran Şahı tәrәfindәn bәrqәrar edilәcәk vә Әlahәzrәtlәrin öz әllәri ilә imzalanmış tәntәnәli Ratifikasiyalarla tәsdiq olunacaqdır. Bu Müqavilәnin hәmin tәsdiq olunmuş nüsxәlәri bu Ali Saraylardan, qarşılıqlı surәtdә göndәrilmәklә onların yuxarıda adları çәkilmiş Müvәkkillәrinә üç ay müddәtindәn sonra çadırılacaq. Müqavilә min sәkkiz yüz on üçüncü il oktyabr ayının on ikinci günü. İran hesablaması ilә min ikiyüz iyirmi sәkkizinci il Şәvval ayının iyirmi doqquzuncu günü Qarabağ mülkündә Zeyvә çayı yaxınlığındakı Gülüstan kәndindә Rus ordugahında bağlanmışdır.

İMZALAMIŞLAR:

Müvәkkil vә Gürcüstanda Baş Komandan Nikolay Rtişşev

(M : Y:)

Alişöhrәtli İran Dövlәtindәn Müvәkkil Mirzә Әbül Hәsәn Xan

(M : Y:)

Mənbə: http://www. azerbaijan. az