Qəyyumlar Şurası

Qəyyumlar Şurası - QAİ-nin məşvərətçi kollegial qurumudur. Qəyyumlar Şurası sədr və üzvlərdən ibarətdir. Qəyyumlar Şurasının sədri və üzvləri İdarə Heyəti tərəfindən tərəfindən beş il müddətində təyin və vəzifədən azad edilirlər. Qəyyumlar Şurasına Mürvət Həsənov  rəhbərlik edir.

Mürvət Tapdıq oğlu Həsənli – (23 noyabr 1970, Qərbi Azərbaycan, Çəmbərək, Ağbulaq) – İş həyatına hərbi xidmətini başa vurduqdan sonra 1990-cı illərdə Gəncə şəhərində başlayıb. 1997-ci ildə Gəncədəki Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universiteti) iqtisadiyyat fakültəsini bitirib. 2000-ci illərdə öz biznesini iaşə sektorunda davam etdirib və “Xəmsə” restoranını yaradıb. 2008-ci ildən başlayaraq kənd təsərrüfatı sektorunda biznes fəaliyyətinə başlayıb və bu istiqamətdə də nailiyyətlər qazanıb.  2022-ci ilin fevral ayından “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.