Ağadədə ziyarətgahı

Ağadədə ziyarətgahı - Zəngibasar mahalının ən mötəbər ziyarətgahı olan Ağadədə ocağı Qulucan kəndinin yanındakı Qarasu çayının kənarında yerləşirdi. Uluxanlı, Həbilkənd, Seyidkənd, Sarvanlar kəndlərinin əhatəsində yerləşən bu zirayətgahda dövrünün ən hörmətli şəxsləri dəfn edilir və bu ocaq həm müsəlman, həm də xristianlar tərəfindən ziyarət edilirdi.
1988-ci ildə azərbaycanlıların Zəngibasar mahalından kütləvi deportasiyasından sonra bu ziyarətgah erməni vandalları tərəfindən məhv edilmiş, qəbir daşları sındırılmış və buradakı günbəzli pir isə dağıdılmışdır.