Aşıq Ələsgərin qəbirüstü abidəsi - 1972-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 150 illiyi geniş şəkildə qeyd edildi. Eyni zamanda, Basarkeçər rayonunun Ağkilsə kəndində (dəyişdirilmiş adları ilə: Vardenis rayonunun Azad kəndi) görkəmli aşığın qəbri üzərində əzəmətli abidə ucaldıldı.
Azərbaycanlıların Ermənistan SSR-dən kütləvi deportasiyasından sonra bu kənddə qəbirlər, ələlxüsus Aşıq Ələsgərin qəbri və qəbirüstü abidəsi erməni vandalları tərəfindən dağıdılmışdır.