Avan məbədi - Qırxbulaq mahalında, Ellər (12.10.1961-ci ildən Abovyan) rayonunun Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun üzərində yerləşən qədim alban-türk xristian məbədidir. Məbəd 592–598-ci illərdə inşa edilib.
Məbəd hazırda qismən dağılmış vəziyyətdədir.
1939–1941-ci illərdə məbəd yenidən bərpa edilib və ona bəzi erməni memarlıq elementləri əlavə olunub.
Qədimdən türk-oğuz boylarının anayurdu olan Avan kəndinə ilk ermənilər 1828–1829-cu illərdə İrandan köçürülüb. Köçürülənlərin sayı isə 38 ailə olmaqla, ümumilikdə 174 nəfər olub.
Mənbə: Əziz Ələkbərli – Qərbi Azərbaycan Abidələri. s.52-53. Bakı – 2007