Çırpılı karvansarası - Şörəyel mahalının Ağin rayonundakı Çırpılı kəndi ərazisində yerləşir. Çırpılı kəndi 1970-ci ildə Arpaçay su anbarının tikintisi ilə əlaqədar su altında qalmışdır. Orta əsrlərin əsas beynəlxalq tranzit ticarət yolları Çırpılı kəndindən keçirdi. Dağılmış karvansaray binası indi də burada qorunub saxlanılır. Karvansaray X-XI əsrlərdə tikilib. Əhəng məhlulu ilə külli tufdan tikilib və döşəməsi daş kirəmitlə döşənib. Çırpılı karvansarasının salamat qalmış hissəsi ümumi uzunluğu 31 m, eni 13,65 m olan üçnefli zaldır.Uzunluğu boyunca iki cərgədə 8 sütun var ki, onlar zalı tağlarla birləşən 3 hissəyə ayırır.