Cul körpüsü – Arpa çayının üzərində Dərələyəz mahalının Paşalı rayonunun Cul kəndindən 2,5 km qərbə doğru yerləşir. Bir tağlı körpü Qərbi Azərbaycanın XIII əsrə aid memarlıq abidəsidir. 1970-ci illərədək istifadə olunurdu.