Hacı Novruzəli bəy məscidi (XVIII əsr)

Hacı Novruzəli bəy məscidi - İrəvan şəhərinin tarixi hissəsi olan şəhər massivinin Novruzəli məhəlləsində mövcud olmuş Novruzəli bəy məscidi XVIII əsrin ikinci yarısında Qara Seyid adlı şəxs tərəfindən tikilmişdir.
1918-1920-ci illərdə və sovet hakimiyyətinin ilk illərində Hacı Novruzəli bəy məscidində Türkiyədən gəlmiş erməni qaçqınları məskunlaşdırılmışdır.
Tək minarəyə malik olan bu məscid ermənilər tərəfindən məhv edilmişdir.