Loru qalası - XI-XII yüzilliklərdə Dağ Borçalı mahalının Kolagirən çayının sol sahilindəki, Cəlaloğlu şəhərindən Stepanavan 4 km şərqdə Loru şəhərində yerləşir. Qala Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri olan qaladakı məscidin iç memarlığının Şuşa Gövhərağa məscidi ilə oxşarlıq təşkil etməsi ərazidə azərbaycanlıların yaşadığını və hökmranlıq etdiyini təsdiq edir. Qarabağ bəylərbəyliyinin mahallarından biri olan Loru mahalı və onun mərkəzi olan Loru şəhəri 1236-cı ildə monqol istilası sonrası dağıdılıb və bu dağıntı nəticəsində qala da zərər görüb. XIV-XV yüzilliklərdə təmir olunsa da sonrakı dövrdə baş verən hücumlar nəticəsində yenidən dağıntıya məruz qalıb. Loru şəhəri və bölgəsi qalanın adı ilə adlandırılıb. Azərbaycanlıların yaşadığı ərazidə müdafiə məqsədilə tikilib. Mənbələrdə Lori qalası, Ermənistanın Lori əyalətinin Lori Berd kəndi yaxınlığında yerləşən XI yüzilliyə aid erməni qalası kimi təqdim olunsa da 1065-ci ildə Tashir-Dzoraget Krallığının paytaxtı olmaq üçün David Anhoghin tərəfindən inşa edilmişdir kimi yazılsa da ərazidə azərbaycanlıların yaşaması faktı bunu təsdiq etmir.