Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanov – ( 26 dekabr 1925, Qafan - 5 fevral 2006, Bakı ) - Buradakı Oxtar kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirmiş, 1952-ci ildə İnstitutun müalicə-profilaktika fakültəsini qurtarmışdır. İnstitutda təhsil alarkən Stalin təqaüdçüsü olduğuna görə ali təhsili başa çatdırdığı il normal fiziologiya üzrə aspiranturaya daxil olmasına icazə verilmişdir.
1958-ci ilin may ayında Azərbaycan Tibb İnstitutunun elmi şurasında “İnteroreseptorlara qıcıq verilməsinin Asetilxolen mübadiləsinə təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri Azərbaycan Еlmlər Akademiyasının akademiki, professor Аbdulla Qarayev olmuşdur.
Qəhrəman Qəhrəmanov 1960–1966-cı illərdə SSRİ Elmlər Akademiyasının Normal və Patoloji Fiziologiya İnstitutunun “Mərkəzi sinir sisteminin ümumi fiziologiyası laboratoriyası”nda “Baş beyin fəaliyyətinin xolinerqiq və adrenerqiq mexanizmlərinə dair” mövzuda doktorluq dissertasiyasını hazırlayıb 1966-cı ilin fevralında müdafiə etmişdir. 1966–1970-ci illərdə Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasının professoru, 1970–1991-ci illərdə həmin kafedranın müdiri olmuşdur.
Qəhrəman Qəhrəmanov 1971-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 2000-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Qəhrəman Qəhrəmanov 150-dən çox elmi nəşrin, 3 dərsliyin və bir çox monoqrafiyanın müəllifi olmuşdur.