Qıpçaq kəndində məbəd (XIII əsr)

Qıpçaq kəndində məbəd- Şörəyel mahalının Artik rayonunun Qıpçaq (31.05.1946-cı ildən - Ariç) kəndində arman-türk xristian məbədidir. Məbəd iki kilsə və digər tikililərdən ibarətdir. Günbəzli zal üslubunda tikilmiş baş məbədin 1201-ci ildə inşa olunduğu ehtimal edilir. 1946-cı il mayın 31-də kəndin türkcə Qıpçaq adı dəyişdirilərək Ariç, məbədin adı isə Ariçavəng qoyulmuşdur. Adından da göründüyü kimi, məbəd Qıpçaq türklərinə məxsus olmuşdur. Məbədin yerləşdiyi Qıpçaq kəndi qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, kəndə ilk ermənilər XIX yüzilin ortalarında İrandan, Türkiyədən köçürülüb gətirilmişlər.