Qızılvəng məbədi

Qızılvəng məbədi - Göyçə mahalının Basarkeçər rayonunun Qızılvəng  (25.01.1978-ci ildən Makenis) kəndində yerləşən alban-türk xristian məbədidir.

Dağ dərəsində yerləşən məbəd hündür daş hasarla əhatə olunub və bu hasarın yeganə qapısı cənub-qərb tərəfə açılıb. Daş hasarla məbəd arasında isə qədim tikili qalıqları aşkar olunub.

Məbəddəki kitabəyə istinad edən tədqiqatçılar onun 851-ci ildə Siyuni hakimi Suban tərəfindən tikdirildiyini iddia etdirilisə də, «Sünik tarixi» əsərinin müəllifi Stepan Orbelianın məlumatlarından məlum olur ki, Sünikin 17-ci mitropoliti Matusak (III Yezdəgirdin hakimiyyəti dövründə) burada vəfat edib və dəfn olunub. Bu məlumat məbədin VII əsrin ortalarından etibarən mövcud olduğu fikrini irəli sürməyə əsas verir.

Sonrakı dövrə aid mənbələrdən tarixçi Vardana görə, 816-cı ildə məbəd Babək tərəfindən dağıdılıb və yandırılıb. Görünür, Suban 851-ci ildə məbədi yenidən tikdirib, sonrakı əsrlərdə isə məbəd bir neçə dəfə bərpa olunub

Məbədin yerləşdiyi ərazi bütövlükdə qədim dövrlərdən türk-oğuz boylarının məskunlaşdığı ərazilərdən biri olub. Buraya ermənilərin ilk kütləvi köçü isə XIX əsrin 20–30-cu illərindən sonra başlayıb.

Mənbə: Əziz Ələkbərli – Qərbi Azərbaycan Abidələri. s.102-103. Bakı – 2007