Sal-sal qalası - Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən - Yeğeqnadzor) rayonu ərazisində, Ələyəz çayının sağ, Erdəpin çayının sol sahilində, Ələyəz və Erdəpin kəndlərinin əhatəsində olan Qabaqtəpə və ya Sal dağının sıldırım qayaları üzərində qədim türk qalasıdır. Qala divarlarının uzunluğu təqribən 5 km olmaqla iki giriş qapısından (Ələyəz və Erdəpin qəsəbələri istiqamətlərində) və Həsənkənd istiqamətdə divarın özülündən gizli bir çıxış qapısından ibarətdir. Qalanın daxili sahəsi təqribən 15-20 ha ərazini əhatə edir. Qalanın sağ tərəfində 30, sol tərəfində 20 evin xarabalıqları qalmaqdadır. Ev-otaqların damı gümbəz formasında olmuşdur.
Salsal qalasının yerləşdiyi ərazilər qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, qalanın yaxınlığındakı Erdəpin kəndinə ilk ermənilər (38 ailədə 172 nəfər) və Ələyəz kəndinə ilk ermənilər (11 ailədə 58 nəfər) 1828-1829-cu illərdə İrandan köçürülüb gətirilmişlər.