Saleh Güllicinski

Saleh Məşədi Teymur oğlu Güllicinski – (17 sentyabr 1899,  İrəvan – 3 yanvar 1938 ) - İrəvanın sayılan ailələrindən olan Məşədi Teymurla Leyli xanımın ailəsində anadan olmuşdur.

İrəvandakı Puşkin adına şəhər məktəbini bitirmişdir. 1911-1915-ci illərdə oxuyub və 1916-cı ildə İrəvan Müəllimlər Seminariyasının məzunu olub.

5 mart 1916-cı ildən 6 iyun 1918-ci ilə kimi İrəvan dairə məhkəməsində işləmişdir. Ermənistan Fövqaladə Komisiyasının ilk müstəntiqlərindən olmuşdur.İrəvanda yaradılmış ilk partiya təşkilatının üzvlərindən biri olan Saleh Güllücinski 1921-ci ilin əvvəllərində Vedi rayon Hərbi İnqilab Komitəsinin ilk sədri vəzifəsinə göndərilir.

1922-ci ildə Vedi rayon icraiyyə komitəsinin sədri vəzifəsində çalışmışdır.

1922-ci ilin sonlarında Tiflisə, Zaqafqaziya Universitetinə təhsilini davam etməyə göndərilir.

1924-1926-cı illərdə Tiflisdəki Zaqafqaziya Kommunist Universitetində təhsil almışdır.

Saleh Güllücinski ictimai xadim, 1937- ci ildə  Azərbaycan K(b)P MK yanında Kənd Təsərrüfatı Məktəbinin rektoru olmuşdur.

Saleh Güllücinski 1930 -1937 ci illərdə Azərbaycan KP MK yanında Partiya məktəbinin rektoru, Gəncədə Kənd Təssərüfatı Məktəbinin rektoru, Qasım İsmayılov rayonu  MTS-da (Maşın Traktor Stansiyası) siyasi şöbə rəisi vəzifələrində çalışmış, 1937-ci ildə Zaqafqaziyada ilk “Lenin” ordeni ilə təltif olunur. 3 yanvar 1938-ci ildə repressiya qurbanı olmuşdur.