Sərtib xan məscidi

Sərtib xan məscidi - İrəvan şəhərinin texniki vəzifəsində çalışmış B.Mehrabov 1906-1911-ci illərdə şəhərin planını və oradakı memarlıq abidələrinin siyahısını tərtib etmişdir. Onun siyahısında İrəvanda mövcud olmuş 8 məsciddən biri kimi, Sərtib xan məscidinin də adı çəkilir.
1918–1920-ci illərdə və sovet hakimiyyətinin ilk illərində Sərtib xan məscidində Osmanlıdan qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdır.
Məscid 1980-ci illərdə dağıdılmışdır.