Teğər məbədi – Əştərək rayonunun Teğər kəndində, Alagöz dağının ətəyində arman-türk xristian məbədidir.
Məbəd 1220-1232-ci illərdə inşa edilib, XV yüzillikdə ətrafı qala divarları ilə əhatə olunub. Məbəd 1950-ci ildə ermənilər tərəfindən bərpa edilərək ona bir çox erməni
elementləri əlavə edilib. Qədimdən Türk-Oğuz boylarının anayurdu olan, mənbələrdə Teğər, Diğir, Dığır adları ilə qeydə alınan kəndə XIX yüzilliyin ortalarına qədər ancaq Azərbaycan türkləri yaşayıblar. Kəndə ilk ermənilər XIX yüzilliyin ortalarında köçürülüb.
Mənbə: Əziz Ələkbərli – Qərbi Azərbaycan Abidələri. s.166-167. Bakı – 2007