Təkiyə kəndində müsəlman türbəsi - XVI-XVII yüzilliklərdə İrəvan quberniyası Eçmiədzin qəzasında, indiki Əştərək rayonunun Təkiyə kəndində yerləşir. Türbə toponim türk mənşəli təkə etnonimi əsasında əmələ gəlib. Etnotoponim, quruluşca sadə toponimdir. Qədim müsəlman türbəsi kəndin azərbaycanlıların yurd yeri olduğunu göstərir. Türbənin qapısı sökülüb, üzərindəki ərəb yazılı lövhənin sağ tərəf kənarından, yuxarı hissədən 10, aşağı hissədən 20 sm (təxmini) bir parça sındırılaraq götürülüb. Təkiyə kəndindəki müsəlman türbəsi dördkünc formada tikilib və divarı dördkünc mərmər daşlarla örtülüb. Eni 5 metr (təxmini) ölçüsündə olan türbənin hündürlüyü təxminən 4 metrdir. Türbənin 0,80 sm eni, 1-2 metr hündürlüyündə dəmir qapısı var. Qapının yuxarısında qırmızı lövhə üstündə, qırmızı hərflərlə ərəb əlifbası ilə yazılar həkk olunub.