Uluxanlı məktəbi (XIX əsr)

Uluxanlı məktəbi - 1881-ci ildə Zəngibasar mahalının Uluxanlı kəndində yaradılmış Uluxanlı məktəbi İrəvanda fəaliyyətə başlayan ilk dünyəvi məktəblərdən biri idi. Məktəb Allahverdi Hacı Həsən oğlunun evində yerləşirdi.
Uluxanlı məktəbində bir sıra görkəmli pedaqoqlar dərs demişdir. Mirzə Cəlil Məmmədquluzadə 1887-ci ildən burada pedaqoji fəaliyyət göstərmişdir.
1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan sonra məktəb bir müddət fəaliyyət göstərməmişdir. 1940-cı illərdə isə məktəb üçün ikimərtəbəli yeni bina inşa edilmişdir.
1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra Uluxanlı məktəbi fəaliyyətini dayandırmışdır.