Yerəruyk məbədi - Şörəyel mahalının Ağın rayonu ərazisində, Arpaçay çayının sol sahilində yerləşən qədim türk məbədidir.
Məbədin bütün yan divarları salamat qalsada, tavanı, üçnefli zalın arakəsmələri və digər tikili elementləri dağılıb. Tədqiqatçılar yekdil olaraq məbədin bölgədə xristianlığın ilk çağlarına aid olduğu və onun IV–V əsrlərdə tikildiyi qənaətindədirlər. Məbəd erkən orta əsr alban bazilikaları, xüsusilə V–VI əsrlərə aid Qum (Qax rayonu) bazilikası ilə xeyli oxşarlıq təşkil edir.
Məbədin yerləşdiyi ərazi tarixən türk boylarının anayurdu olub. Ərazinin Şörəyel//Şirak-el adı da bu yerlərin qədim sakinləri olan Şirak//Sirak//Çıraq türk boyunun adından götürülüb.
Məbədin yerləşdiyi əraziyə ermənilərin ilk kütləvi axını XIX əsrin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən işğalından sonra başlayıb.
Mənbə: Əziz Ələkbərli – Qərbi Azərbaycan Abidələri. s.34-35. Bakı – 2007