Zal xan məscidi - İrəvan şəhərinin qədim hissələrindən biri olan Şəhər bölməsində yerləşən məşhur məscidlərdən biri Henri Linçə görə, məscidin üzərində ərəb qrafikası ilə Azərbaycan türkcəsində olmaqla məscidin 1687-ci ildə tikildiyi qeyd olunmuşdur. Buradan anlaşılır ki, İrəvanın Qala və Təpəbaşı massivləri arasında yerləşən məscid 1679-cu il zəlzələsindən sonra inşa olunmuşdur.
Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin həyəti və bağçası olmuşdur.
1928-ci ildə məscidin böyük zalı dağıdılmış və yerində “Erivan” hoteli tikilmişdir. 1999-cu ildə rekonstruksiya işləri aparıldıqdan sonra bu yer “Golden Tulip Hotel Yerevan” adlanmışdır. Məscidin ikimərtəbəli binası isə sərgi salonu kimi istifadə edilmişdir.