22 iyul 2026, 09:35
Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü və 22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və peşə fəaliyyətinizdə nailiyyətlər arzulayırıq.
Cəmiyyətin düzgün məlumatlandırılması, milli maraqlarımızın qorunması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyiniz fədakar fəaliyyət yüksək qiymətə layiqdir.
Qərbi Azərbaycan həqiqətlərinin, doğma yurdlarımızın tarixi, mədəni irsi və soydaşlarımızın haqq səsinin ardıcıl şəkildə işıqlandırılması və təbliğində göstərdiyiniz dəstəyə görə bütün media nümayəndələrinə dərin təşəkkürümüzü bildiririk.
İnanırıq ki, milli mətbuatımız bundan sonra da həqiqətin carçısı olaraq Qərbi Azərbaycana Qayıdış ideyasının təbliğinə və tarixi ədalətin bərpasına öz dəyərli töhfələrini verməyə davam edəcək.
Milli Mətbuat Gününüz mübarək!
Qərbi Azərbaycan İcması