Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda Bakı şəhərində təşkil edilən Beynəlxalq Konfrans çərçivəsində tədbirə gələn qonaqlarla İcma üzvlıri arasında ikitərəfli görüşlər davam edir. Beynəlxalq İranşünaslıq Mərkəzinin Tədqiqat üzrə direktoru, istefada olan general-mayor Əhməd Əl-Maimoni ilə bir araya gələn Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, təmsil etdiyi icmanın əksər üzvləri kimi o da doğulduğu torpaqlardan uzaq düşüb və 35 ildir ki, yaxınlarının məzarını belə ziyarət edə bilmir. Sədr müavini bu taleyi yüz minlərlə Qərbi Azərbaycanlının paylaşdığını vurğulayıb. Əhməd Əl-Maimoni eşitdiklərindən təsirləndiyini bildirərək bunun insanlıq əleyhinə cinayət olduğunu, bu haqsızlığın aradan qaldırılmalı olduğunu vurğulayıb.