Beynəlxalq əməkdaşlıq

Asiya Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndəsi Sunil KC ilə görüş olub
05 dekabr 2024, 12:38

5-6 dekabr 2024-cü ildə Bakıda keçirilən Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov ilə təsisçi, Asiya Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndəsi Sunil KC arasında ikitərəfli görüş keçirilib.

Şahin İsmayılov qeyd edib ki, 1987-91-ci illərdə öz evlərindən zorla çıxarılan Qərbi azərbaycanlılar 35 ildir oraya qayıda, doğmalarının məzarını ziyarət edə bilmirlər. Millət vəkili bildirib ki, soydaşlarımızın tərk etdiyi yaşayış məntəqələrinin əksəriyyəti bu gün də boş və viranədir, mədəni irsimiz dağıdılıb, məzarlıqlarımız yerlə yeksan edilib.

Qonaq sözügedən halların təməl insan hüquqlarına zidd olduğunu deyərək bu kimi faktların beynəlxalq hüququn norma və prinsiplərinə xələl gətirdiyini vurğulayıb.