Bəyanatlar

Avropa Parlamenti artıq çoxdandır ki,Azərbaycana qarşı səlib yürüşünə çıxıb
21 sentyabr 2023, 12:10

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin deputatlarının son günlər verdikləri düşük açıqlamalarla bağlı bildirir ki, Avropa Parlamenti artıq çoxdandır ki, Azərbaycana qarşı səlib yürüşünə çıxmışdır.

Natali Luazo, Fransua Bellami, Marina Kalyurand, Andrey Kovaçev, Lukas Furlas və bu qəbildən olan deputatların düşdüyü durum acınacaqlıdır.

Müharibələrə, işğallara, insan iztirablarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə etnik və dini simpatiya əsasında yanaşan irqçi, islamofob, Azərbaycanofob Avropa Parlamenti Avropanın utanc mənbəyidir.