Bəyanatlar

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dünya Miyatoviç ilə əlaqədar bəyanat
19 yanvar 2024, 22:52

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dünya Miyatoviçin Azərbaycana və Ermənistana səfərlə bağlı hazırladığı hesabata dair Avropa İttifaqının ifadə etdiyi ədalətsiz mövqeyi qınayırıq.

“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi arxaik, nimdaş ifadələrdən istifadə edən, “Qarabağ ermənilərinin qayıdış hüququ”nu qabardan, lakin yenə də biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasına toxunmayan Avropa İttifaqı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşmaq siyasətinə son qoymalıdır.