Bəyanatlar

BƏYANAT
19 sentyabr 2023, 16:45

Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin düşmən açıqlamasını qətiyyətlə rədd edir.

Əslində Fransa xüsusilə bu gün törədilmiş mina terrorunu pisləməli, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycanın suveren ərazilərindən çıxarılmasına, qanunsuz erməni silahlı dəstələrinin tərksilah olunmasına, oyuncaq xunta rejiminin ləğv edilməsinə çağırmalı idi.

Bundan başqa, 30 il ərzində Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırmayan, hətta həmin sənədlərə istinad edilməsinə qarşı çıxan Fransanın son vaxtlar tez-tez qurumun təcili iclasını çağırmaq niyyətinə düşməsi siyasi klounluğun göstəricisidir.

Fransa məsələlərə Azərbaycanofobiya, islamofobiya və dini təəssübkeşlik prizmasından baxmaq kimi mənəviyyatsız əməllərindən utanc hissi keçirməli və riyakarlığa son qoymalıdır.